Sonsuzluğunun müalicəsi

Analıq sevincini yaşamaq hər bir qadının arzusudur.
Lakin reproduk sistemdən patologiya olması hallarında hamıya bu qismət olmur.
Gözəl cinsin nümayəndələrinin çoxunda orqanizmin doğum funksiyasına mənfi təsir edən hallar olur və bu o demək deyil ki, qadın ana ola bilməz.
Müasir dövrdə qadın sonsuzluğunun müalicəsi üçün müxtəlif müalicə üsulları var. Hər bir ana olmaq istəyən qadının ən çox qorxduğu diaqnoz sonsuzluq diaqnozudur.  Nisbi və mütləq sonsuzluq var: 
Mütləq sonsuzluqda qadın orqanizmində anatomik dəyişiklik üzündən (yumurtalıq, uşaqlıq yoxluğu üzündən qadın ana ola bilmir)
Nisbi sonsuzluq müalicə olunur.
Müalicə: konservativ və cərrahi yolla olur.

  1. Endokrin sonsuzluqda hormonal balansı tənzimləmək üçün medikamentoz müalicə aparılır. 

Bu zaman yumurtalığın funksiyasını təsir edən, follikulogenezı artıran preparatlar seçilir. Bu preparatlar, clomifen – citrat letrozol, rekombinant, qonodatropin, pureqon, Qonal-F və s. yüksək bioloji aktivliyə malik olub birbaşa yumurtalığıa təsir edərək follikulun və yumurta hüceyrənin aktiv böyüməsinə səbəb olur. Əgər qadında genital orqanların iltihabı varsa onu seçim preparatlarla müalicə etmək lazımdır.
3.İmmunoloji sonsuzluqda kortikosteroidlər təyin edilir. Müalicə müddəti 2-3 aydır.
Cərrahi müalicə:
Reproduktiv cərrahiyyənin məqsədi müasir invaziv metodlardan istifadə edərək kiçik çanaq və qarın boşluğu orqanlarında diaqnostik və müalicə prosedurları aparmaqdır. 
Laporoskopiya – az travmatik olub sonsuzluq zamanı, uşaqlıq borularında bitişmələr, hidrosalplinks, uşaqlıq mioması, yumurtalıq sistemləri, endometrioz, retrocervikal endometrioz və s. kimi əməliyyatları aparmağa imkan verir. Reabilitasiya periodu 3-5 gündür. Estetik cəhətdən də çox effektlidir. 
Histeroskopiya – histerskopla uşaqlığın daxili divarlarını müayinə etmək və operativ manipulyasiyalar aparmaq üçündür. 
Əməliyyat endometriumdan bir parça və hissoloji müayinə etməklə yanaşı, uşaqlıq daxili patologiyalar, uşaqlıq daxili birləşmələr, sinxsıyaları götürməyə imkan verir.
Səhəri gün pasiyent özünü yaxşı hiss edir və yeni iş həyatına qayıdır.
Psixoterapiya qadın reproduktiv sisteminə psixoloji faktorlar da (depressiv vəziyyət, həyata küskünlük, yaxınları, iş yoldaşları ilə konflikt halları) təsir edir.
Bütün bunlar xroniki stresə səbəb olur. Psixoloji səbəb olduğundan onu psixoterapevtik seanslarda müalicə etmək lazımdır.
Tibbi praktikada sonsuzluğun müalicəsində psixoloq və psixoterapevtlərlə ünsiyyətdən sonra çoxsaylı gözəl nəticələr var.
Medikamentoz və cərrahi üsullarla müalicə effekt vermədikdə köməkçi reproduktiv texnologiyalardan istifadə etmək lazımdır.
Ən müasir və effektiv metod EKM metodudur.
Extra ( latınca- xaric): corporal ( latınca corpus- bədən) 
Başqa sözlə spermatozoid və yumurta hüceyrənin mayalanması laborator şəraitdə qadın orqanizmindən xaricdə olur.
Sonra mayalanmış yumurta hüceyrə qadının uşaqlığına yerləşdirilir və hamiləlik baş verir. 
EKM – çox mürəkkəb prosesdir və təcrübəli həkim reproduktoloq tərəfindən aparılır.
Uşaqdaxili insminizasiya. Bu kateterlə kişinin spermatozoidlərinin uşaqlığa yeridilməsidir. Bundan mayalanma baş verir: uşaqlıqdan spermatozoidlər uşaqlıq borularına keçərək yumurta hüceyrəni mayalandırır. Əgər uşaqlıq borularında əngəl varsa, uşaqlıqdaxili inseminizasiya effektiv olmur. 
İnseminizasiya cervikal faktorda (kişi spermatozoidlərin qadın genital yollarında hərəkətsizləşməsi) və səbəbi məlum olmayan sonsuzluqlarda aparılır.
Oosit donoru
Müasir süni mayalanma metodları kömək etmədikdə, uşaq arzu edən cütlərə donor oositi məsləhət görülür.
Donor oositi yumurtalığı sağlam cinsi hüceyrə yetişdirməyən və tam olmayan qadınlarda istifadə olunur.
Surroqat ana – bir qadın sonsuz olan cütün körpəsini bətnində daşımağa razılıq verir və beləliklə cütlərə imkan verir ki, onun reproduktiv qadın funksiyasından istifadə etsinlər EKM nəticəsində cütlərin birləşmiş cinsi hüceyrələri surroqat ananın uşaqlığına yerləşdirilir